Arxiv
7 Sentyabr 2009, 17:03 | DÜNYA
Səfir Namiq Əliyev: “Gürcüstan rəhbərliyi imkan verməz ki, ermənilərin əsassız iddiaları gerçəkləşsin”

MODERN.AZ-IN SUALLARINA AZƏRBAYCANIN GÜRCÜSTANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHIYYƏTLİ SƏFIRI NAMİQ ƏLIYEV CAVAB VERIR

- Namiq müəllim, gürcüstanlı soydaşlarımızın son dövrlər üzləşdiyi ən ciddi problemlərindən biri azərbaycanlıların tarixən kompakt yaşadıqları kəndlərin xaçlaşdırılmasıdır. Məsələni Siz də qaldırmısınız, bunun qarşısını  almaq üçün tərəfinizdən hansı işlər görülür?
- Bu məsələni tək mən qaldırmamışam, problemlə bağlı kifayət qədər müzakirələr aparılıb. Heç şübhəsiz, dini dözümlülük olmalı, dinə hörmət edilməlidir. Ümumiyyətlə, hamı bir-birinə hörmət etməlidir. Burada tarixən müsəlmanlarla xristianlar bir-birilərilə qonşuluq şəraitində yaşayıblar. Hər kəsin öz yolu var, bu yolda hamı bir-birinin dini yönümünə, mənsubiyyətinə, etiqadına hörmət və ehtiramla yanaşmalıdır. Bu baxımdan mənə elə gəlir ki, sağlam, normal qüvvələr də məsələni başa düşürlər və yəqin ki, problem tezliklə həll olunacaq.
- Soydaşlarımızın ötən əsrin 90-cı illərinin ortalarından bugünədək həllini gözlədikləri torpaq problemi ilə bağlı məsələ nə yerdədir? Bu yöndə hansısa bir irəliləyiş varmı?
- Bilirsiniz, bu, heç də asan məsələ deyil. Çünki torpaq islahatı elə əvvəldən düzgün aparılmayıb. 1996-cı ildə Gürcüstanda torpaqların icarəyə verilməsi ilə bağlı qanun qəbul olunub və yalnız gürcü dilində öz əksini tapib. Azərbaycanlı əhali  bilmirdi ki, orada nə yazılıb. Məhz bundan yararlanan bəzi insanlar gəlib həmin torpaqları icarəyə götürmüşdülər. Sonra isə ömrü böyu həmin torpaqlarda yaşayan və işləyən insanlara gəlib demişdilər ki, bizə icarə haqqı verməlisiniz. Demək istəyirəm ki, aborigenlərə torpağı icarəyə götürmək barədə heş bir təklif olunmayıb. Bu, çox səhv addım olub. Sonra Gürcüstanda hakimiyyət dəyişdi və həmin torpaqların özəlləşdirilməsi haqqında qanun qəbul edildi. Bu qanunla özəlləşdirmə hüququ ilk növbədə həmin torpaqları icarəyə götürən insanlara verildi. Beləliklə, kimlər ki 1996-cı ildə torpaqları icarəyə götürmüşdü, onlar da həmin torpaqları özəlləşdirdi. Bəli, hər şey formal cəhətdən qanunidir. Ancaq mahiyyətcə, bu islahatlar çox ədalətsiz şəkildə həyata keçirildi və indi də davam etdirilir. Faktiki olaraq, bu, Konstitusiyaya ziddir. Konstitusiyanın mahiyyəti və məzmununa görə, torpaqlarda işləyən adamların həmin torpaqları icarəyə götürməyə, özəlləşdirməyə daha çox hüququ var və bu hüquqlar təmin olunmalıdır. Lakin reallıqda bunun əksi baş verdi. Sözümün əvvəlinə qayıdaraq bildirmək istəyirəm ki, bu, çox çətin məsələdir. Bunu dərk etmək lazımdır və eyni zamanda, siyasi iradə gərəkdir ki, həmin prosesə yenidən baxılsın, qanunlarda müvafiq dəyişikliklər edilsin ki, ədalətsizlik aradan qaldırılsın.
- Bu sahədəki narahatçılıqlara indiki Gürcüstan hökumətinin münasibəti necədir?
- Deyiblər, söz veriblər ki, çalışacaqlar, düzəldəcərlər, ancaq real bir nəticə görünmür. Eyni zamanda, bu məsələni köklü şəkildə həll etmək, Gürcüstanda yaşayan azərbaycanlıları torpaq sahələri ilə təmin etmək üçün siyasi iradəni də hələlik görmürəm.
- Namiq müəllim, Gürcüstandakı Azərbaycan kənd adlarının, yurd yerlərinin gürcüləşdirilməsi məsələsi də ciddi problem olaraq qalmaqdadır. Bildiyimizə görə, bir sıra bölgələrdə, xüsusən də Bolnisidə Azərbaycan kənd adları daha çox dəyişikliyə məruz qalıb.
- Bilirsiniz, faktiki olaraq həmin kənd adları Azərbaycan variantının təhrif olunmuş şəklində təsdiq olunub. Çox vaxt da yer, kənd  adları tarixi adlara aidiyyəti olmadan dəyişdirilib. Bu haqda da çox danışılıb və yenə də danışılmaqdadır. Sözsüz ki, ad dəyişmə məsələsi Gürcüstan parlamentinin səlahiyyətinə aid olan bir məsələdir. Ancaq hər bir dövlətdə, o cümlədən Gürcüstanda da,  hansısa bir yerin, kəndin adını dəyişmək üçün ilk növbədə əhalinin rəyi öyrənilir və öyrənilməlidir. Əhalidən soruşulur və öyrənilir ki, bu ad necə olmaldır? Siz burada yaşayırsınız, yaşayacaqsınız, sizin bu məsələ ilə bağlı fikriniz nədir? Bu, demokratiyanın bir əlamətidir və demokratik idarəetmənin bir tələbidir. Əgər yerli idarəetmədən, demokratiyadan danışılırsa, o zaman camaatın fikri nəzərə alınmalıdır. Bunsuz demokratiya olmur.
- Yeri gəlmişkən, Gürcüstandakı soydaşlarımızın doğma dildə ali təhsil almaları üçün bu ölkədə ayrıca Azərbaycan dilli dövlət ali məktəbinin açılması məsələsi gündəmə gətirilibmi?
- Bu yöndə məsələ qaldırılıb. Hətta bəzi vairantlar da müzakirə olunub, çoxlu təkliflər vermişik. Dəqiq sayını deyə bilmərəm, şəxsən mən özüm bu yöndə dəfələrlə müvafiq rəsmi şəxslərlə görüşmüşəm. Sadəcə, burada dövlət qeydiyyatından keçmiş Azərbaycan dilli ai məktəb yoxdur və onun təsis olunması görünmür. Düzdür, Marneulidə Humanitar Universitet fəaliyyət göstərir, ancaq yenə də burada müəyyən məsələlər var. Onu tanımırlar, qəbul etmirlər. Gah deyirlər ki, problem yoxdur, o qeydiyyata alınıb, gah da deyirlər ki, lazım gəlsə, qeydiyyata alınacaq. Hesab edirəm ki, Gürcüstanda Azərbaycan dilində ali məktəbin olması vacibdir. Biz də bunu təklif etmişik və yenidən təklif edəcəyik. Biz öz tərəfimizdən buna hazırıq.
- Gürcüstanda yarım milyondan çox soydaşımız yaşayır. Onların bu ölkənin ictimai-siyasi həyatında fəallığı yetərincədirmi?
- Bu gün azərbaycanlılar Gürcüstan əhalisinin təxminən 10 faizini təşkil edir və məntiqlə Gürcüstan parlamentinin 10 faizi azərbaycanlılardan ibarət olmalıdır. Eyni zamanda, dövlət orqanlarında işləyənlərin 10 faizi azərbaycanlı olmalıdır, paritetlik təmin olunmalıdır. Bu, həm demokratiya, həm milli azlıqların hüquqlarının təmin eidlməsi, həm də onların yaşadıqları dövlətə inteqrasiya olunması nöqteyi-nəzərindən vacibdir. Ancaq açığını deyim ki, həmin göstərici bu gün üçün lazımi səviyyədə deyil. Eyni zamanda, çox zaman bunu dil məsələsi ilə də əlaqələndirməyə çalışırlar, lakin mən sizə deyə bilərəm ki, bu gün Gürcüstanda gürcü dilini mükəmməl şəkildə bilən çoxlu azərbaycanlılar var. Onların sayı kifayət qədərdir və həmin insanlardan yararlanmaq olar...
- Bəs Azərbaycan həqiqətləri tam şəkildə Gürcüstanda oturuşubmu?
- Gürcüstan ictimaiyyəti, o cümlədən burada yaşayan ermənilər də çox yaxşı bilir ki, Qarabağ problemi nədir, günahkar kimdir, kim-kimin torpaqlarını zəbt edib. Burada artıq hamıya məlumdur ki, Ermənistan işğalçıdır. Gürcüstanın da başına bu cür problemlər gəlib və separatizmin nə demək olduğu  yaxşı başa düşülür. Bununla belə, bilirik ki, ermənilər Gürcüstanda hansı rolu oynayırlar və onlar hansı iddialarla yaşayırlar. Bunlar hamısı məlumdur, mətbuatda da bu haqda yazılmaqdadır. Artıq Gürcüstanda sağlam qüvvələr  başa düşürlər ki, erməni faktoru Cənubi Qafqazda hansı rolu oynayır.
- Necə hesab edirsiniz, ermənilərin Gürcüstanla bağlı iddiaları nə zamansa gerçəkləşə bilərmi?
- Mənə elə gəlir ki, gürcü xalqı, Gürcüstan rəhbərliyi bu məsələnin fərqindədir və onlar heç zaman imkan verməz ki, ermənilərin bu ölkə ilə bağlı əsassız iddiaları gerçəkləşsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07 “Çaylarda zərərli maddələrin miqdarı normadan artıqdı” 18 Sentyabr 2019, 17:03 Güləşçimiz 2-ci dəfə dünya çempionu oldu 18 Sentyabr 2019, 16:43 Nazirlik: 250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb   18 Sentyabr 2019, 16:40 “Restoranlarda qiymətlər od tutub yanır” – Araz Əlizadə 18 Sentyabr 2019, 16:34 Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ 18 Sentyabr 2019, 16:24 İcra Hakimiyyəti TƏSDİQLƏDİ: 16 yaşlı qızı evlənmək üçün qaçırıblar 18 Sentyabr 2019, 16:18 Deputatdan məktəbli uşaqları olan aztəminatlı ailələrlə bağlı TƏKLİF 18 Sentyabr 2019, 16:15 Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 18 Sentyabr 2019, 16:11 Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... 18 Sentyabr 2019, 15:58 Azərbaycanlı həkim Türkiyədə TUTULDU - Rüşvətə görə - FOTO 18 Sentyabr 2019, 15:52 Deputatların pensiyaları da artacaq 18 Sentyabr 2019, 15:43 AzTV-nin yeni loqosuna FƏRQLİ BAXIŞ - Tənqid də var, təqdir də… 18 Sentyabr 2019, 15:11 Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olunub 18 Sentyabr 2019, 15:09 Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ 18 Sentyabr 2019, 14:56 Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib 18 Sentyabr 2019, 14:52 İsa Qəmbər Müsavat başqanlığına qayıdır? - Partiyadan AÇIQLAMA 18 Sentyabr 2019, 14:51 Mərdəkan Müalicə Pansionatının təmiri ilin sonuna qədər yekunlaşacaq 18 Sentyabr 2019, 14:43 Elmar Məmmədyarov İtaliyada Ermənistanın təcavüzündən DANIŞDI 18 Sentyabr 2019, 14:41 Ermənistanda vəziyyət DƏYİŞİR – “Paşinyanın rəqibləri revanşa hazırlaşır”. 18 Sentyabr 2019, 14:29 Xəsarət alan “Azərişıq” əməkdaşlarının vəziyyəti ağırdı - RƏSMİ 18 Sentyabr 2019, 14:21 Elektrik şəbəkəsinə onlayn qoşulma xidməti AZƏRBAYCANDA 18 Sentyabr 2019, 14:18 Xərçəng KABUSU: Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olur 18 Sentyabr 2019, 13:49 İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi 18 Sentyabr 2019, 13:33 Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb 18 Sentyabr 2019, 13:27 “Məktəbli formasında olan uşaqdan gedişhaqqı alınmasın!” - Deputatdan hökumətə ÇAĞIRIŞ 18 Sentyabr 2019, 13:26 “Elektron Kənd Təsərrüfatı”nda qeydiyyatdan keçənlərin sayı 335 min nəfərə çatıb 18 Sentyabr 2019, 13:23 Miqrasiya Xidmətindən Azərbaycandakı bəzi əcnəbilərlə bağlı sərt addım 18 Sentyabr 2019, 13:19 Səfir Əhməd Ağaoğlu ilə bağlı məsələ qaldırdı: “Onda hansı uğura ümid edə bilərik?” 18 Sentyabr 2019, 13:10 Əli Əhmədov “Əsrin müqaviləsindən DANIŞDI: “Risk amilləri mövcud idi” 18 Sentyabr 2019, 13:10 Cəbhə xəttində monitorinq insidentsiz yekunlaşıb 18 Sentyabr 2019, 13:04 İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib 18 Sentyabr 2019, 13:01 Sabah hava küləkli olacaq - PROQNOZ 18 Sentyabr 2019, 12:59 Sabiq nazirlər nə qədər pensiya alırlar…- ARAŞDIRMA 18 Sentyabr 2019, 12:56 Azərbaycan dənizçiləri Moskvada II yeri tutub 18 Sentyabr 2019, 12:55