Modern.az

Metroya bomba “qoyan” şəxsin kimliyi müəyyənləşdirilib

Metroya bomba “qoyan” şəxsin kimliyi müəyyənləşdirilib

3 Dekabr 2009, 14:05

Dekabrın 2-də mobil telefonla Fövqəladə Hallar Nazirliyinin “112” Xidmətinə zəng edərək metronun “Nizami” stansiyasına bomba qoyulması barədə məlumat verən naməlum şəxsin kimliyi dəqiqləşdirilib. Modern.az Daxili İşlər Nazirliyə istinadən xəbər verir ki, naməlum şəxsin məlumatı DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı yalan məlumatın Hövsan qəsəbə sakini, 1996-cı il təvəllüdlü Tərlan Əliyev tərəfindən verilməsi müəyyən edilib. Faktla əlaqədar araşdırmalar aparılır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub