"Bakı və ölkənin elektrik enerjisi təchizatında yenidən problemin yaranması səbəbindən əhalini içməli su ilə təmin edə bilmirik".
Modern.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, Kür və Ceyranbatan sutəmizləyici qurğularında suyun emalı dayanıb.