Modern.az

“Şollerin arxivi”  beynəlxalq festivalda “Ən yaxşı film” seçildi

“Şollerin arxivi”  beynəlxalq festivalda “Ən yaxşı film” seçildi

5 İyul 2018, 10:53

Azərbaycanda ekranlaşdırılan “Şollerin arxivi” bədii filmi növbəti beynəlxalq festivalda “Ən yaxşı film” nominasiyası qazanıb.


Bu barədə Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun sözlərinə görə, “Şollerin arxivi” filmi 4 iyul tarixində Belçikanın Move Me Producions Belgium Festivalının 10-cu buraxılışında “Ən yaxşı film” nominasiyasına layiq görülüb.

Cəlaləddin Qasımov deyib ki, film daha bir neçə beynəlxalq festivala təqdim edilib. Film Almaniya-Azərbaycan dostluğundan, tarixindən bəhs edir.

Filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb.


Cəlaləddin Qasımov bildirib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb: 

“Almanları sürgün edəndə azərbaycanlı ailəsinə bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi,  sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı gizlincə götürüb saxlayıblar. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir