Modern.az

Azərbaycan xarici işlər nazirinin eks-müavini - Keçmiş “DTK”çı Salamov haradadır? - FOTOLAR  

Azərbaycan xarici işlər nazirinin eks-müavini - Keçmiş “DTK”çı Salamov haradadır? - FOTOLAR   

8 İyul 2018, 11:16

Albert Salamov... Bu ad-soyad yəqin ki, köhnə jurnalistlərə tanışdır. Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini... Mərhum eks-prezident Heydər Əliyevin komandasının üzvü... Bəs indi o haradadır?

Modern.az saytı Albert Salamovu axtarıb. Azərbaycan Xarici İşçlər Nazirliyindən onun haqqında məlumat verə bilməyiblər.

Bununla belə, əməkdaşımız sosial şəbəkələr vasitəsilə eks-nazir müavinin yaxın qohumları ilə əlaqə saxlaya bilib.

Məlum olub ki, uzun müddətdir təqaüddə olan 84 yaşlı Albert Salamov hazırda Rusiya paytaxtı Moskva şəhərində yaşayır.

Qeyd edək ki, Albert Əlihüseyn oğlu Salamov 1934-cü ildə Bakının Suraxanı kəndində anadan olub. Azərbaycn SSR-in keçmiş Dövlət Təhlükəsizliyi Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləyib.

Albert Salamov 1989-2001-ci illərdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycanın xaricində böyük nüfuz və hörməti olan şəxs kimi tanınıb.  Bu səbəbdən də mərhum eks-prezident Heydər Əliyev vaxtilə bir sıra mühüm danışıqlara göndərdiyi nümayəndə heyətinə rəhbərliyi məhz Albert Salamova həvalə edib.

Albert Salamovun bacısı qızı Modern.az-a onun sağlıq durumunun normal olduğunu söyləyib. Onu da qeyd edib ki, eks-nazir müavini özünün keçdiyi həyat yolu və fəaliyyəti haqqında memuar-kitab yazıb. Kitabda sabiq nazir müavininin DTK-da, XİN-də və digər dövlət orqanlarındakı fəaliyyəti haqqında maraqlı məqamlar təsvir olunub.

Modern.az A.Salamovun özü ilə əlaqə saxlamağa çalışacaq...

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir