Modern.az

Mərkəzi Elmi Kitabxananın jurnalı yenidən nəşrə başlayır

Mərkəzi Elmi Kitabxananın jurnalı yenidən nəşrə başlayır

8 İyul 2018, 20:24

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalı yenidən nəşrə başlayır.

Mərkəzi Elmi Kitabxana 20 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalının çap və elektron formatda nəşrini davam etdirir.

Jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

Texniki tələblər: Məqalələr müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır.

Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 5 avqust, 2018-ci il tarixinə qədər [email protected][email protected] ünvanlarına göndərilməlidir.

Elektron məktubun mövzusu:

SCIENTIFIC PAPERS. CLS ANAS + müəllifin adı və soyadı

Zəruri hallarda əlaqə nömrəsi:

012 5371982

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu