Modern.az

Kəmaləddin Heydərov FHN-nin Akademiyasında raport qəbul edib (FOTOLAR)

Kəmaləddin Heydərov FHN-nin Akademiyasında raport qəbul edib (FOTOLAR)

16 Sentyabr 2011, 10:36

Sentyabrın 15-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.

Akademiyada yeni tədris ilinin başlanması ilə əlaqədar şəxsi heyətin təntənəli mərasimə düzülməsi haqqında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova raport verildikdən sonra tədbir açıq elan edilib. Azərbaycanın Dövlət himni ifa edilib, Dövlət bayrağımız meydana gətirilib.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Akademiyaya yeni qəbul olunmuş kursantları təbrik edib, nazirliyin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında bu təhsil müəssisəsinin önəmli rolu olduğunu vurğulayıb. Nazir Kəmaləddin Heydərov Akademiyada yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib. Sonra kursantların qarşısında duran vəzifələrdən danışan nazir, onların elmi və praktiki biliklərə ciddi-cəhdlə yiyələnəcəklərinə, milli hərbi ruhlu layiqli mütəxəssislər kimi yetişəcəklərinə əmin olduğunu söyləyib.

Sonra Akademiyanın 3-cü kurs kursantları Akademiyaya qəbul olunmuş kursantlardan bir qrupuna kursant paqonlarını və çantalarını təqdim ediblər.

Mərasimin sonunda kursantlar tərəfindən yanğınsöndürmə avtomaşını ilə açılış, alpinist və qəza-xilasetmə əməliyyatları nümayiş etdirilib.





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir