Modern.az

Yasamal məhkəməsində “Azadlıq” radiosu barədə qərar qəbul edildi

Yasamal məhkəməsində “Azadlıq” radiosu barədə qərar qəbul edildi

Qarabağ

16 Sentyabr 2011, 10:54

Bu gün Yasamal rayon məhkəməsində Tahir İsmayılovun sədrliyi ilə “Azadlıq” radiosunun keçmiş əməkdaşı Aygün Muradxanlının radioya qarşı iddiası əsasında hazırlıq iclası keçirilməliydi.

Lakin “Azadlıq” radiosunun nümayəndəsi məhkəmə prosesinə qatılmayıb. Ona görə də məhkəmə sentyabrın 29-u saat 10.15-dək təxirə salınıb. İddia ərizəsinin iddiaçının vəkili Namiq Ələkbərov vasitəsilə radionun Bakı ofisinə göndərilməsi barədə məhkəmə qərar qəbul edilib.

Məlumatı Modern.az saytına Aygün Muradxanlı verib.

Qeyd edək ki, bir neçə gün öncə radionun Azərbaycan bürosunun rəhbəri Kənan Kazımoğlu Modern.az saytına açıqlamasında məhkəmə ilə bağlı onlara hər hansı çağırışın daxil olmadığını bildirmişdi.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür