Modern.az

"Bizim Yol" qəzeti Ramil Səfərovun ailəsindən üzr istəyib

"Bizim Yol" qəzeti Ramil Səfərovun ailəsindən üzr istəyib

16 Sentyabr 2011, 11:06

“Bizim yol” qəzetinin 13.09.2011-ci iltarixli sayında müxbir Ramid İbrahimovun Cümşüd Nuriyevlə müsahibəsi dərc olunub. Həmin müsahibədə Cümşüd Nuriyev Macarıstanda həbs olunaraq ömürlük məhkum edilmiş zabitimiz Ramil Səfərovla bağlı qeyri-adekvat fikirlər işlədib.
Mətbuatın politoloq kimi təqdim edərək hər şeyə münasibət öyrəndəyi Cümşüd Nuriyev Milli Ordunun baş leytenantı Ramil Azərbaycan bayrağını təhqir edən Qurgen Markaryanı öldürdüyünə görə əməlli-başlı ittiham edib, qınayıb. 
“Hamımıza məlum addımı atmamalı idi. Azərbaycan dövləti ona kifayət qədər pul xərclədi, amma... Valideyinlərinə hörmətim var, lakin deməliyəm ki, mən Ramil Səfərovun addımını qəbul eləmirəm...”-deyə C.Nuriyev qeyd edib. O, müsahibədə Mübariz İbrahimovla Ramil Səfərovu üz-üzə qoymağa çalışıb: “Hər ikisi erməni öldürsə də, ikincinin yolu yanlışdır...

Müsahibə ictimaiyyətdə ciddi etirazla qarşılandığından “Bizim yol” qəzeti məsələylə bağlı açıqlama yayıb. Qəzet R.Səfərovun ailəsindən üzr istəyib.

“Bu məsələ ilə bağlı bildirmək istəyirik ki, Cümşüd Nuriyevin haqqında danışılan müsahibəsində Ramil Səfərovla bağlı fikirlərini redaksiyamız bölüşmür və bu fikirlərin dərcindən təəssüf hissi keçirir. Eyni zamanda jurnalistin sualının qoyuluşunda da yanlış yanaşma olduğunu etiraf edirik. Baş redaktor tərəfindən bu məsələ araşdırildıqda məlum oldu ki, əslində müsahibədəki həmin hissə, eləcə də, başlıq və bir sıra başqa məqamlar redaktorlar tərəfindən elə redaktə zamanı ordan çıxarılsa da, lokal şəbəkədə yaranmış problem üzündən yazı köhnə variantda çapa gedib. Biz də Ramil Səfərovun haqqında Cümşüd Nuriyevin işlətdiyi ifadəyə etiraz edirik, hesab edirik ki, bu fikirlər haqsız və yersiz işlədilib. Ümumiyyətlə, belə bir şəxsin bu cür həssas məsələlərlə bağlı ekspert və müsahib kimi seçilməsi ciddi səhv olub və buna görə üzülürük. Bundan başqa o fikirlə də razılaşırıq ki, Ramil Səfərovla Mübariz İbrahimovu nəinki qarşı-qarşıya qoymaq olmaz, əslində onların hər ikisinə Azərbaycan xalqı eyni sevgi və rəğbət hissi ilə yanaşır və yanaşmalıdır, gənclərimiz də hər iki qəhrəman hərbçimizdən örnək götürməlidir. "Bizim Yol" redaksiyası olaraq biz, o cümlədən, müsahibəni almış jurnalist Ramid İbrahimov Ramil haqqında belə yanlış və qeyri-adekvat fikirlərin qəzetimizdə dərc olumanasından təəssüflənirik, Ramil Səfərovdan və onun yaxınlarından üzr istəyirik!”-deyə redaksiya bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər