Modern.az

Məktəb direktoru Elmar Vəliyevin qəzəbinə tuş gəlib

Məktəb direktoru Elmar Vəliyevin qəzəbinə tuş gəlib

Təhsil

16 Sentyabr 2011, 11:23

Ötən gün əsaslı təmirdən sonra şagirdlərin və müəllimlərin istifadəsinə verilən Gəncə şəhər 45 saylı yardımçı məktəbin Maliyyə İdarəsi tərəfindən ciddi şəkildə yoxlanılmasına başlanılacaq. Səbəb isə 15 sentyabr Bilik günü münasibətilə Gəncə şəhər İH başçısı Elmar Vəliyevin adı çəkilən məktəbədə qüsurlu uşaqlar və onların valideyinləri ilə görüşü zamanı səsləndirilən şikayətlərdir. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideyinləri icra başçısına müraciət edərək bildiriblər ki, məktəb direktoru Polad Pişnamazov ehtiyacı olan bəzi uşaqlara əl arabalarının paylınılmasına və şagirdlərə ayrılan məbləğlərin verilməsində suni manelər  yaradır. Buna görə də direktor şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəzəbinə tuş gəlib.
Görüşün ardından İcra başçısı dərhal ehtyacı olanlara əl arabalarının paylanması ilə bağlı göstəriş verib. Digər bir tapşırıqla isə Maliyyyə İdarəsi tərəfindən 45 saylı orta məktəbin yoxlanılmasına başlanılacaq.
Qeyd edək ki, illərdir qəzalı vəziyyətdə olan məktəb Gəncə şəhər İH başçısı Elmar Vəliyevin təşəbbüsü ilə əsaslı təmirə dayandırılıb.
Adı çəkilən orta təhsil ocağında xüsusi qayğıya ehtiyacı olan 220 şagird təhsil alır.

Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!