Modern.az

Rauf Arifoğlu: "Bizə 768 İP-dən hücum var"

Rauf Arifoğlu: "Bizə 768 İP-dən hücum var"

16 Sentyabr 2011, 11:36

“Yeni Müsavat” qəzetinin internet saytı musavat.com ötən gecədən açılmır. Saytın əsas səhifəsi aradabir açılsa da, xəbərləri oxumaq mümkün deyil.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün Facebook sosial şəbəkəsində musavat.com saytına haker hücumunun olduğunu bəyan edib. Baş redaktor bu məsələdə Müdafiə Nazirliyini ittiham edib.

“Bütün daxili-xarici resursları işə salıblar. 768 İP-dən sayta hücum var”-deyə R.Arifoğlu bildirib.

musavat.com portalı hazırda ölkədə ən çox istifadəçisi olan internet resurslarından biridir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir