Modern.az

Nazir əlillərin sosial müdafiə məsələsini müzakirəyə çıxarıb

Nazir əlillərin sosial müdafiə məsələsini müzakirəyə çıxarıb

Təhsil

16 Sentyabr 2011, 12:29

Sentyabrın 16-da Avropa Şurasının (AŞ) Sosial Birlik üzrə Baş Direktorluğu və Azərbaycan Respublikasının Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı»nın (2006-2015-ci illər) həyata keçirilməsi» mövzusunda birgə seminar keçirilib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, seminarda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, AŞ-nın Sosial  Birlik üzrə Baş Direktorluğunun nümayəndələri, Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə məqsəd əlilliyi olan insanların sosial müdafiəsi, hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, həmin şəxslərin cəmiyyətə fəal inteqrasiyası istiqamətində beynəlxalq təcrübədən istifadə olunmaqla görülən işləri, qarşıda duran vəzifələri müzakirə etməkdən ibarətdir. AŞ ekspertlərinin bu sahədə ölkəmizə dəstəyinin nəzərdən keciriləcəyi seminar  «Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı»nın  (2006-2015-ci illər) ölkəmizdə icrası ilə bağlı təbliğat xarakteri daşıyır.

Tədbirin təşkili əlilliyi olan  insanların  hüquqlarının qorunması, mövcud potensial imkanlarının düzgün qiymətləndirilərək reallaşdırılması üçün şəraitin yaradılması və beləliklə, onların cəmiyyətin bərabər hüquqlu üzvləri kimi dolğun həyat şəraitinə malik olması üçün səmərəli sosial reabilitasiya üsullarının tətbiqi məqsədilə birgə səylərin artırılmasına xidmət edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi