Modern.az

Elmar Vəliyevdən baş həkimlər və bağça müdirlərinə "zərbə"

Elmar Vəliyevdən baş həkimlər və bağça müdirlərinə "zərbə"

Təhsil

16 Sentyabr 2011, 12:48

Gəncədə büdcədən maliyələşən qurumların fəaliyyəti Gəncə şəhər İcra Hakimiyyətinin başşçısı Elmar Vəliyev tərəfindən nəzarətə götürüləcək. Belə ki, xəstəxanalar, bağçalar və bu kimi müəssisələrdə yeməyin bişirilməsi və paylanılmasında ciddi nöqsanların olmasını nəzərə alan Elmar Vəliyev bunun üçün mərkəzləşmiş bir qurum yaradacaq.
Bu barədə Modern.az-a Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib. Mərkəzləşmiş obyektdə xəstələr və uşaqlar üçün yeməklər bişirilərək baş həkimlərin və bağca müdirlərinin müdaxiləsi olmadan paylanılacaq.
Bu işlərə yaxın vaxtlarda start veriləcəyəini icra başçısının özü də Gəncədə keçirilən tədbirdə bəyan edib. E.Vəliyev bildirib ki, bu cür qayda-qanun xəstələrin və uşaqların ürəyindən olacağına əmindir.
Qeyd edək ki, respublikanın hər yerində olduğu kimi Gəncənin xəstəxanalar, bağçalar və digər  müəssisələrində qida sarıdan ciddi nöqsanlar var.

Xaliq Qurbanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı