Modern.az

Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlməsi bağlı tədbir

Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlməsi bağlı tədbir

14 İyul 2018, 14:43

13.07.2018- ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş “Milli dirçəlişin təməl tarixi” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdən öncə iştirakçılara Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan, 1969-1982-ci illəri əhatə edən sənədlərdən ibarət sərgi nümayiş edildi. Daha sonra qonaqlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyuldular

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri  Adilə Abbasova, Millət Vəkilləri Fəzail İbrahimli, Kamaləddin Qafarov və Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Səqadət Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin və Prezidentin İşlər İdarəsinin və Siyasi sənədlər Arxivinin məsul əməkdaşları Səhiyyə, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, YAP Binəqədi Rayon Təşkilatının gəncləri iştirak edib.

Tədbiri açıq elan edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova 1969 - 1982-ci illərdə Bakı şəhərinin mənzil fondunun artırılması baxımından müstəsna əhəmiyyət daşıyan Əhmədli, Günəşli, Yeni Əhmədli və Yeni Günəşli qəsəbələri, yeni-yeni mikrorayonlar,yaşayış massivləri salındığını qeyd etdi. Natiq 1970-1979-cu illərdə Bakıda 10 metrostansiya inşa edildiyini, 70-80-ci illərdə Bakı Neftayırma zavodları köklü sürətdə yenidən quruluğunu bildirdi. Siyasi Sənədlər Arxivinin Elmi Araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri, tarix elmləri doktoru  Lalə Hüseynova Ulu Öndərin 1982-ci ildən başlanan Kremldəki fəaliyyətinin də Azərbaycana və xalqımıza yalnız baş ucalığı gətirdiyini qeyd etdi.

Çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimli Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi sayəsində Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdığını, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli,dinamik və hərtərəfli inkişafını təmin edə bilən kompleks inkişaf Proqramları hazırladığını bildirdi.

Milli məclisin deputatı Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Səqadət Vəliyeva qeyd etdi ki, Ilk addımlarından böyük xalq rəğbəti ilə qarşılanan görkəmli dövlət adamı Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək,Azərbaycanın tərəqqi yoluna çıxarılması siyasətini özünəməxsus müdrikliklə mühim islahatlar həyata keçirirdi.

Milli Məclisin deputatı Pərvin Kərimzadə Heydər Əliyevin bütün təzyiq və təhdidlərə,təhlükələrə sinə gələrək 1990-ci ilin iyul ayında Azərbaycan  torpağına,dünyaya göz açdığı qədim Naxçıvana qayıtdığı illərdən bəhs etdi. Natiqc Xalqın onu öz övladı, xilaskarı kimi qəbul etdiyini, dayaq olduğunu qeyd etdi.

Milli Məclisin deputatı Kamaləddin Qafarov Ulu Öndərin ağırılı illərdə Azərbaycanın Müstəqilliyinin daimiliyi, əbədiliyi haqda çox düşündüyünü, Naxçıvanda eyni əqidəli insanların onun ətrafında sıx birləşdiyindən danışdı.

Siyasi Sənədlər Arvixinin əməkdaşı  Nurlanə Muradova Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandığını, Yeni müqavilələr və kontraktların ölkəmizin iqtisadiyyatının güclənməsinə səbəb olduğunu bildirdi.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı  Elxan Allahverdiyev Böyük siyasətçi, həyatımız  boyu öyünəcəyimiz, iftixar və qürur duyaçağmız böyük  şəxsiyyət, vətəndaş, ictimai xadim, dahi dövlət adamı, millət atası, Ulu Öndər  Heydər Əliyevin Azərbaycan rəhbərliyinə çətin və mürəkkəb bir şəraitdə, respublikada sosial-iqtisadi həyatın tənəzzül dövründə gəldiyini qeyd etdi. Natiq ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən H. Əliyevin qarşısında hələ həmin dövrə qədər onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələrin həlli dayandığını qeyd etdi. Elxan Allahverdiyev inkişafın Azərbaycan modelini seçən ölkəmizin Heydər Əliyev yolu ilə 15 ildir ki, tərəqqiyə doğru addımladığını, ölkəmiz müxtəlif beynəlxalq tədbirlərin, idman yarışlarının, mahnı müsabiqələrinin keçirilməsinə rəhbərlik ediyini,Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz bizlərə yeni-yeni qələbə sevincləri yaşatdığını bildirdi.

Daha sonra Ümummili liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu

Tədbir bədii hissə ilə davam etdirildi.




Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi