Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin adı məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır.
Ölən şəxslər :
Abbasov Mirdamət Cami oğlu, 1997-ci il təvəllüdlü, İmişli rayonu
Rəhimova Naibə Kərim qızı, 1935-ci il təvəllüdlü, İmişli rayonu
Yaralananlar :
Abbasov Cami Cavad oğlu, 1965-ci il təvəllüdlü, İmişli rayonu
Abbasova Ülkər Akif qızı, 1971-ci il təvəllüdlü, İmişli rayonu
Abbasova Ləman Şamil qızı, 1976-cı il təvəllüdlü, İmişli rayonu
Yaralıların hər üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
20:13
Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Modern.az “Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb. Ölən və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.