Arxiv
16 İyul 2018, 08:31 | REPORTAJ
Sarımsağı, soğanı əlində qalan kəndli...  - “Nazirlik hara baxır? - REPORTAJ

“Su niyə yoxdur”, “Ətin qiyməti niyə bahadır?”, “Məhsul əlimdə qalıb hansı bazara çıxarım?”, “Ödənişsiz aqronomu haradan tapım?”... bu sualların siyahısını nə qədər desəniz uzatmaq olar. Amma bu suallar yaranıbsa, bəs Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

Bax elə sonuncuya cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 3 günlük səfərimiz start götüdü. Yolumuz Bakıdan başladı, amma harda, necə bitdi, özümüz də bilmədik. Gərgin və maraqlı keçən 3 günlük press-turda kənd təsərrüfatı ilə bağlı bir çox məsələlərə aydınlıq gətirildi. Kiminə görə sıradan, mənə görə xəbər bolluğu ilə keçən mediatur. Məhz bolluq səbəbindən səfər barədə reportajı ancaq bu gün yaza bilirəm...

Başlayaq səfərimizin ilk günündən. İlk olaraq Oğuz rayonunun Kərimbəyli kəndində, sahibkar Elgün Məhərrəmovun tütün plantasiyasındayıq. Oğuz rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Azad Əliyev tütün məhsulunun yetişdirilməsi və bu sahənin perspektivləri barədə media nümayəndələrinə geniş məlumat verdi. O bildirdi ki, ötən il quru tütün istehsalının həcmi 200-250 ton olmuşdusa, bu il bu rəqəmin 2 qat artaraq 500-600 ton çatacağı gözlənilir. 

Daha sonra jurnalistlər Əkinçilik Elmi Tətqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə baş çəkdi. Məntəqənin direktoru Məcnun Şükürov son zamanlarda "Şəki 1", "Ağalı" və "Marxal" adı verilən 3 növ yeni buğda sortu yaratdıqlarını diqqətə çatdırdı. Taxıl tarlasında buğda nümunələrilə tanışlıq xüsusilə maraq doğurdu.

Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasovun bu sahə ilə bağlı açıqlamaları kifayət qədər maraqla qarşılandı və müzakirələrə səbəb oldu.

Həmçinin "Şəki-İpək” ASC-də olaraq, burada kəlağayının hazırlanması prosesi ilə tanış olduq. "Şəki-İpək” ASC-nin boyaq bəzək istehsalatının meneceri Qüdrət Quliyev müəssisənin fəaliyyəti və kəlağıyı istehsalı ilə bağlı suallara aydınlıq gətirdi.

 

Ölkə əhalisinin 38 faizindən çoxu kənd təsərrüfatı ilə məşğuldur

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Afət Yaqubova ölkə əhalisinin 38 faizindən çoxunun kənd təsərrüfatı ilə məşğul olduğunu bildirdi:

“Təbii ki, bunlardan bəziləri çox kiçik təsərrüfatlardır və ailə üçün nəzərdə tutulub. Buna baxmayaraq, məhz kiçik bir problemlə qarşılşan kimi deyirlər “Kənd Təsərrüfatı Nazirliyi hara baxır?” Mətbuatda tez-tez yazılır, göstərilir: “Filankəsin suyu gəlmir”, “Filankəsin balıqları ölüb”, “Filankəsin pişiyi zəhərlənib”, bəs nazirlik hara baxır?!”

 

Onlar nəyə cavabdehdir?

A.Yaqubova nazirliyin bu suallar qarşısında aciz olduğunu xatırladaraq, təmsil etdiyi qurumun səlahiyyətləri və cavabdeh olduğu məsələləri açıqlayıb:

“Özünün əsasnaməsinə görə, nazirlik kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, baytarlıq, bitki mühafizəsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla, aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan, onu gerçəkləşdirən mərkəzi İcra Hakimiyyəti orqanıdır. Nazirliyin strukturu Mərkəzi Aparatdan ibarətdir. 60 rayon idarəsi, tabeli qurumlar-Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti, Texniki Nəzarət Müfəttişliyi, “Aqrolizinq” ASC və bu kimi qurumlar, eyni zamanda, 20-dən artıq kənd təsərrüfatı müəssisələrimiz mövcuddur”.

 

Nazirlik qiymət “öldürür”?

 

Qurum rəsmisi deyir ki, Qurbanlıq bayramı ərəfəsində təşkil edilən yarmarkalarda qiyməti aşağı olan qoyunların satışa çxıarılacağı elan olunur:

“O dəqiqə bazarlarda səs-küy qalxır ki, “kənd təsərrüfatı nazirliyi qiymət öldürür”. Halbuki satışa çıxarılan qoyunlar  nazirliyin öz təsərrüfatından olduğu üçün qiymətlərini aşağı edə bilirik”.

 

İnam Kərimovun yeni fəaliyyət prinsipləri

 

A.Yaqubavanın  sözlərinə görə, İnam Kərimov rəhbər təyin olunan vaxt nazirliyin fəaliyyət prinsiplərini elan edib:

“Cənab nazir bildirdi ki, “aqrar təhlil, qqrar təhsil, aqrar həllər, aqrar dəstək, aqrar ticarət növbəti fəaliyyət istiqamətləridir”. Bu gün kəndliyə birillik və çoxillik əkinlərdə yanacaq və motor yağları üçün hər hektara 40 manat+50 manat (buğda və çəltik), süni mayalanmdan doğulan buzova görə 100 manat, baramaçılığa görə hər kiloqram məhsula 5 manat (əlavə olaraq 4 manat zavod), tütünçülüyə, pambıqçılığa, gübrə və pestisidlərə görə 70 faiz endirim edilir. Kəndli üçün bundan gözəl dövlət dəstəyi ola bilməz”. 

Əkinçilikdəki pərakəndəlik-sarımsaq, soğan əlində qalan kəndli 

 

Mütəxəssis əkinçilik sahəsində yaranmış pərakəndəliyi aradan qaldırmaq üçün nazirliyin Məsləhət İnformasiya Mərkəzinin fəaliyyətinin genişləndirilməsi məsələsinə də münasibət bildiridb:

“Aqrar Elm-İnformasiya Mərkəzi daha çox elmi istiqamətə, alimlər üzərinə köklənib. Məsləhət İnformasiya Mərkəzində infromasiya verilir. Amma bizim dövlət ştatında olan mütəxəssislərimizin sayı siz dediyiniz məsələləri tənzimləməyə imkan vermir. Mütəxəssisin özəl fəaliyyətdə qazandığı maaş, dövlət qurumunda qazandığı maaşdan yüksək olduğu üçün də bu sahəyə maraq bir qədər azdır”.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, bu məsələləri tənzimləmək üçün Dövlət Aqrar Ticarət Şirkəti yaradılıb:

 

“Ötən il kartof, soğan, sarımsaq qıtlığı idi. Hamı başladı həmin məhsulları əkməyə. Bu il isə soğan, sarımsaq, kartof boldur və qiymət kəndlini qane etməyəcək dərəcədə aşağıdır. Bu şirkət vasitəsilə həmin bolluğu yaranan məhsulların həm ölkə daxilində satışı təşkil olunur, həm də xaricə, o cümlədən Hindistana ixrac olunur. Aqrar Ticarə Mərkəzinin işi prosesləri təhlil edib, proqnozlar hazırlamaqdan ibarətdir. Düşünürəm ki, bu problem məhz bu şirkət vasitəsilə müəyyən müddət ərzində tənzimlənmiş olacaq”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54 Yaponiya ABŞ-dan İranın tankerlərə hücumu ilə bağlı sübut tələb edib   16 İyun 2019, 11:26 Lənkəranda zəlzələ olub 16 İyun 2019, 10:42