Modern.az

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib

Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib

16 İyul 2018, 21:21

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. Modern.az APA-ya istinadən xəbər verir ki, Rusiya və ABŞ prezidentləri danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

 

Mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. O, ABŞ-ın 2026-cı ildə Dünya Çempionatını keçiriləcəyini xatırladıb.

 

Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq"-deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi