Modern.az

Sabiq deputatlar Soçiyə gedir

Sabiq deputatlar Soçiyə gedir

Təhsil

19 Sentyabr 2011, 17:02

Sabiq deputatlar Soçiyə gedəcəklər. Bu barədə Modern.az saytına Milli Məclisin sabiq komitə rəhbəri Şahlar Əsgərov məlumat verib.

O, qeyd edib ki, keçmış həmkarı Sudeyif İmamverdiyevlə birgə Soçiyə Rusiya Təbiətşunaslar Akademiyasının payız sesiysında iştirak edəcəklər: “Çıxışım belə adlanır: «Biliyin qiymətləndirilməsi: şkalalar və modellər”.

Sudiyef İmamverdiyevə həmin akademiyanın akademik ünvanını verəcəklər.

Mən keçən ildən bu akademiyanın üzvüyəm. Bu akademiya böyük proyektlərə imza atır. Misal üçün, 7 cilidlik "Vıdayuşiesya uçonnıe Rossii" məlumat kitabları buraxır. Bu kitablarda Rusiyada müdafiə etmiş MDB alimlərinə də yer verilir. Bu kitabların 6-cı cilidində mən və Südeyif haqqında geniş məlumat var. Üstəlik, mən bu akademiyanın təsis etdiyi "Fundamental tədqiqatlar" periodik jurnalın redaksiya heyyətinə xarici üzv seçilmişəm”.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı