Modern.az

Əvəz Zeynallı: "Bunun hesabını Mətbuat Şurasına ödədəcəyik"

Əvəz Zeynallı: "Bunun hesabını Mətbuat Şurasına ödədəcəyik"

Media

19 Sentyabr 2011, 17:09

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin toplantısında həftəlik nəşr olunmaqdan gündəliyə keçməyə hazırlaşan «Xural» qəzetinin Şuranın «reket nəşr»lər üçün tərtib etdiyi «qara siyahı»ya salınması barədə qərar qəbul edilib.

Modern.az saytının əməkdaşı “Xural” qəzetinin baş redaktoru ilə əlaqə saxlayaraq Mətbuat Şurasının verdiyi qərarla bağlı onun fikirlərini öyrənib. Baş redaktor Əvəz Zeynallı bildirib ki,  “Xural” Mətbuat Şurasının bu addımını əsassız hesab edir və quruma qarşı mübarizə aparacaq.
“Şuranı məhkəməyə verəcəyik, ona qarşı kampaniya aparacağıq”-deyən Ə.Zeynallı əlavə edib ki,  “Xural” Mətbuat Şurasının heç üzvü  deyil:
“Biz Mətbuat Şurasını tanımırıq, bu qurumun üzvü deyilik, tədbirlərində iştirak etməmişik. Onların bizim qəzeti mühakimə etməsi absurddur. Bunun hesabını Mətbuat Şurasına ödədəcəyik”.

Sədaqət Süleymanova 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı