Modern.az

Deputat ad gününü qeyd edib

Deputat ad gününü qeyd edib

19 Sentyabr 2011, 18:55

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Ülvi Quliyevin 45 yaşı tamam olub. Modern.az saytının məlumatına görə, deputat ötən həftənin sonunda 17 sentyabrda ad gününü qeyd edib.

Ülvi Quliyev 17 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır.

Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

Rus və ingilis dillərini bilir.

1988-ci ildən əczaçılıq sahəsində müxtəlif vəzuifələrdə çalışıb.

2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb.

2005-ci ildə 21 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilib. 2010-cu ilin noyabrında isə 17 saylı Yasamal üçüncü seçki dairəsindən bitərəf namizəd olaraq seçkiyə qatılıb və ikinci dəfə deputat seçilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Evlidir, 2 övladı var.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı