Modern.az

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dünya

18 İyul 2018, 22:40

Rusiya futbol üzrə 2018-ci il dünya çempionatının təşkilindən 850 milyard rubl (təxminən, 11 milyard dollar) gəlir əldə edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının rəhbəri Mayya Lomidze təşkil etdiyi mətbuat konfransında bildirib.

 

Rusiya mundialın təşkili üçün, təqribən, 12 milyard dollar xərcləyib.

 

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçirilib. Yarışın qalibi Fransa yığması olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə