Modern.az

Azərbaycanda neftçilər orta hesabla 340 manat pensiya alırlar

Azərbaycanda neftçilər orta hesabla 340 manat pensiya alırlar

20 Sentyabr 2011, 10:57

Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği hazırda 340 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır. Bu barədə Modern.az saytına Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
            
2001-ci ildən 20 sentyabr tarixi Azərbaycanda “Neftçilər günü” kimi qeyd olunur.
“Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra neftçilərimizin əməyi yüksək dövlət qayğısı ilə əhatə edilib. Neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar”-deyə Fonddan bildirilib.  
           
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Belə ki, şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 75,4 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilib. 
         
Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır