Modern.az

Azərbaycanda çimərlik mövsümü başa çatıb - 54 nəfər boğulub

Azərbaycanda çimərlik mövsümü başa çatıb - 54 nəfər boğulub

Təhsil

20 Sentyabr 2011, 12:13

FHN Dövlət Sularda Xilasetmə Xidməti builki çimərlik mövsümünün başa çatması ilə bağlı hesabat açıqlayıb. Modern.az naziliyiə istinadən bildirir ki, Dövlət Sularda Xilasetmə Xidməti 2011-ci ildə yay çimərlik mövsümündə su hövzələrində baş vermiş bədbəxt hadisələrin, boğulma hallarının sayının azaldığını qeyd edib.
“Cari ildə 310 nəfər, o cümlədən iyun ayının 1-dən sentyabr ayının 15-dək ölkəmizin su hövzələrində 296 nəfər suda boğularkən xilas olunub”.

Xidmətin əməkdaşları tərəfindən  aparılmış təhlillər göstərib ki, baş vermiş bədbəxt hadisələrin böyük əksəriyyəti vətəndaşların məlumatsızlığı və ehtiyatsızlığı, çimərlik üçün nəzərdə tutulmamış yerlərdə çimmə, üzə bilməmələri, suya sərxoş vəziyyətdə daxil olmaları və suda davranışın elementar qaydalarından xəbərsiz olmaları səbəbindən baş verib. Məsələn, bu il su hövzələrində baş vermiş 54 bədbəxt hadisədən (o cümlədən, yay mövsümündə 46) 46 nəfərin boğulma faktı çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınıb. Bunlardan, 16 nəfər Xəzər dənizinin qeyri-çimərlik ərazisində, 15 nəfər su kanallarında, 10 nəfər çaylarda, 4 nəfər göllərdə, 1 nəfər su anbarında həlak olub. Bunlardan isə 15 ölüm hadisəsi üzə bilməməklə, 6-sı isə spirtli içki qəbulu ilə bağlı olub.

Görülmüş işlərin nəticəsi olaraq, 2011-ci il yay çimərlik mövsümündə ölkə ərazisində suda  boğulma hallarının sayı ötən illərlə müqayisədə xeyli azalıb, 2010-cu ildəki 93 nəfərə qarşı 54 nəfər təşkil edib.

Hazırda Xidmətin müvafiq bölmələrində cari ilin ilkin yekunlarının təhlili aparılır. Əldə edilmiş nəticələr, növbəti ildə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılacaq profilaktik tədbirlərin təşkilində istifadə ediləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır