Modern.az

Oqtay Əsədovun rəhbərlik etdiyi deputat qrupu Türkiyəyə gedir

Oqtay Əsədovun rəhbərlik etdiyi deputat qrupu Türkiyəyə gedir

20 Sentyabr 2011, 14:14

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 21-də Türkiyəyə səfər edəcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, spikerin səfəri sentyabrın 23-dək davam edəcək.

Səfər çərçivəsində O. Əsədovun Türkiyə prezidenti Abdulla Gül və Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti, inkişaf perspektivləri, parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər müzakirə olunacaq.

A.Təvəkküloğlu Türkiyəyə yola düşəcək parlament nümayəndə heyətinə deputatlar Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin daxil olduğunu bildirib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər