Modern.az

AMİP hakimiyyət qarşısında tələblə çıxış etdi

AMİP hakimiyyət qarşısında tələblə çıxış etdi

20 Sentyabr 2011, 14:50

AMİP Siyasi Şurasının iclası olub. Partiyadan Modern.az-a verilən məlumata görə, iclasda  AMİP Mərkəzi Şurasının çağrılması, Dağlıq Qarabağda keçirilən “bələdiyyə seçkliləri”, Güneydə baş verən son hadisələr, ölkədəki mövcud ictimai-siyasi vəziyyət müzakirə edilib.

Müzakirələrdən sonra Siyasi Şura partiyanın  Mərkəzi Şurasının toplantısının 9 oktyabr 2011-ci ildə Bakı şəhərində çağrılması haqqında qərar gəbul edib.

AMIP Siyasi Şurası Dağlıq Qarabağın separatçı rejiminın keçirdiyi “bələdiyyə seçkilərini” qeyri-qanuni sayaraq, bunun istər münaqişənin nizamlanması istiqamətində aparılan sülh prosesinə, istərsə də regiondakı sabitliyə və təhlükəsizliyə ciddi təhdit kimi qiymətləndirib. Bununla bağlı Siyası Şura dünya ictimayyətini qondarma rejimin beynəlxalq hüquq normalarına sayğısız yanaşmasına təpki göstərməyə çağırıb.

Siyasi Şura  Güney Azərbaycanda cərəyan edən proseslərə daha çox diqqət yetirilməsini və partiyanın bu yöndə müxtəlif səpkili tədbirlərin keçirməsini vacib sayıb.  

AMİP Siyasi Şurası ölkədəki gərginliyin daha da  dərinləşməsindən, cəmiyyətə və siyasi təsisatlara davamlı təzyiqlərdən, 2 aprel aksiyaçılarına qarşı qurulan siyasi məhkəmələrdə baş verən neqativ hallardan narahatlığını bildirərək, hakimiyyəti demokratik dəyərlərə və insan haqlarına hörmətlə yanaşmasını tələb edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi