Modern.az

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Təhsil

20 Sentyabr 2011, 15:33

"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. 20 sentyabr - Neftçilər günündə işıq üzü görən 164 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin son 17 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının neft-qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişindən sonra ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin başlanması Xüsusi buraxılışın ana xəttini təşkil edir.

Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, son 17 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır.

"Əsrin müqaviləsi"nin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində önə çəkilir.

Buraxılışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin,  şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun, emal üzrə vitse-prezident David Məmmədovun, vitse-prezident Mikayıl İsmayılovun, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun, neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanovun, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərovun, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyevin, "Azərikimya" İB Müşahidə Şurasının sədri Muxtar Babayevin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun, "Azərneftyağ" Neft Emalı Zavodunun direktoru Rövşən Həsənovun, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin, Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayevin, Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyevin, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadənin, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun direktoru Səfixan Məmmədovun, Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun, Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevin, Ekologiya İdarəsinin rəisi Azər Əliyevin, Qaz İxracı İdarəsinin rəisi Kamal Abbasovun, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəisi İnayət Hüseynovun, Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətovun, "Neftqaztikinti" Trestinin müdiri Mirkazım Abasovun, Kompleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlinin, "Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun, "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzinin direktoru Eldar Şahbazovun, "Neftçi" İSM-in icraçı direktoru, "Neftçi" PFK-nin prezidenti Sadıq Sadıqovun, və "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadənin yazılarında "Əsrin müqaviləsi"nin imzalanmasından sonra ölkəmizin neft-qaz sektorunda əldə olunan uğurlar diqqətə çatdırılır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi