Modern.az

Paytaxt bazarlarında xiyar bahalaşdı  

Paytaxt bazarlarında xiyar bahalaşdı   

22 İyul 2018, 17:19

Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.

Modern.az xəbər verir ki, paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir.

Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib:

“Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır