Modern.az

Azərbaycanlı jurnalistin oğlu “Barselona” klubuna qəbul edildi - VİDEO  

Azərbaycanlı jurnalistin oğlu “Barselona” klubuna qəbul edildi - VİDEO   

Mədəniyyət

24 İyul 2018, 10:01

Polşada yaşayan azərbaycanlı jurnalist Şövqi Musayevin oğlu Nihat Musazadə məşhur “Barselona” futbol klubunun 9 yaşlılardan ibarət komandasına qəbul olunub.

Modern.az xəbər verir ki, bu barədə Şövqi Musayev sosial şəbəkələrdə məlumat və video paylaşıb.

“Nihat “Barselona”nin 9 yaçlılardan ibarət takımına (FC Barcelona, Escola Varsovia) qəbul olundu. Testlərdən uğurla keçdi və məşqlərə başladı. Qarşıda təlim-məşq toplanışları və İspaniya yolçuluğu var. Tək ailəsinə deyil, milletimize xeyirli olsun! İnshallah, gün gələr, digər arzusuna catar, millimizin şərəfini qoruyar...”,-Ş.Musayev oğlu haqda bildirib

Şövqi Musayev uzun müddət Azərbaycan mətbuatında çalışıb. Hazırda Polşada yaşayır və iş adamı kmi fəaliyyət göstərir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi