Modern.az

Bələdiyyə sədrləri barədə 13 iş prokurorluğa göndərilib

Bələdiyyə sədrləri barədə 13 iş prokurorluğa göndərilib

26 İyul 2018, 23:44

“Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 37 mindən çox bələdiyyə aktına baxılıb.  Nazirliyin təklifləri əsasında 700-dək akt ləğv edilib və ya dəyişdirilib”. Modern.az xəbər verir ki, bu fikirlər bu gün ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə 2018-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülən işlərə həsr olunan kollegiya iclasında bildirilib.

 

Bildirilib ki, bələdiyyələr tərəfindən qanunsuz ayrılan 2 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb. Həmçinin, qanunvericiliyin tələblərini pozan bələdiyyə sədrləri barədə 51 inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 13 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir