Modern.az

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Türkiyədə məruzə edəcək

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Türkiyədə məruzə edəcək

Təhsil

22 Sentyabr 2011, 10:39

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva 23-25 sentyabr tarixlərində Ankarada Orta Şərq Texniki Universitetinin (Türkiyə) Orta Asiya-Qara Dəniz Mərkəzi (KORA) və Xəzər Universitetinin (Azərbaycan) təşkil etdiyi «Avropa İttifaqı, Qara Dəniz regionu və Cənubi Qafqazda təhlükəsizlik və sərhədyanı əməkdaşlıq” mövzusunda keçiriləcək simpoziuma qatılacaq.

SAM-ın direktor müavini tədbirdə “Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun Cənubi Qafqazda sərhədyanı əməkdaşlığa təsiri” mövzusunda əsas məruzəçi qismində iştirak edəcək.

SAM-dan Modern.az-a verilən məlumata görə, simpoziumun keçirilməsində əsas məqsəd alimləri, siyasətçiləri və bu sahədə çalışan bir sıra mütəxəssisləri bir araya gətirərək onlarla Avro-Atlantik, Qara Dəniz və Cənubi Qafqaz regionlarının təhlükəsizlik, transsərhəd əməkdaşlıq və digər əlaqəli məsələləri geniş müzakirə etməkdir. Simpoziumun digər məqsədi debatlara, nəzəriyyələrə, yanaşma və metodologiyalara yönəlmiş regional tədqiqatların -  Avropa, Qara Dəniz və Post-Sovet tədqiqatların mövcud vəziyətini müzakirə etməkdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü