Modern.az

Ölümün əlindən tutanlar... - Deputatın YAZISI  

Ölümün əlindən tutanlar... - Deputatın YAZISI   

27 İyul 2018, 17:52

Sona Əliyeva,
Milli Məclisin üzvü

Son zamanlar az qala hər gün bir intihar hadisəsi haqqında xəbər oxuyuram və təssüf ki, intihar edənlərin əksəriyyəti gənclərdir. Dünən abutiriyentlərin sonuncu imtahanı idi və içimi təşviş bürümüşdü, gənclərin hər kiçik məğlubiyyətdən sarsılıb həyatla vidlaşmaq istəməsi məni çox qorxudur. Əslində məğlubiyyət də deməyək, məqsədlərinə çatmayanda, hər şey arzuladıqları kimi olmayanda və eqoizmləri xarakterlərinə güc gələndə...

Bəs biz harda səhv etdik, harda yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik...

Bəlkə məğlubiyyətlərimizin qələbələrimizdən cox olduğu həyatımızda övladlarımıza hər istədiyini verdik, xəyallarını doğrultduq, eqoizmlərini bəslədik, inciməyə, ağrımağa qoymadıq, zəhmətə alışdırmadıq...

Bəlkə daha çox təyziq göstərdik, daha yaxşı nəticələr istədik, olmazların mümkünlüyünü tələb etdik və bütün bunların içərisində onları dinləməyi unutduq, onların istədiklərinin yox, öz arzularımızın reallaşmasını arzuladıq, dost, bacı, qardaş olmağı unutduq, başqa qapılarda başqa çarələr axtarmasına nail olduq...

Eqoistliyimiz imkan vermədi çünki bizim yalançı zəfərlərimizin verdiyi eyforiyada övladlrımızı az-az necə itirdiyimizi, bizdən uzaqlaşdığını hiss etmədik...

İndiki zamanda yaşantıların dünyasında yaşamağa, arzuların qanadında xəyalları fəth etməyə dəyməzmi? İnsan olaraq sevdiklərimizi etməyə və bundan aldığımız gücdən ruhlanaraq dunyaya mərhəmət və sevgi bəxş etməyə gəlmədikmi?

Təssüf ki, onsuz da gərgin olan həyatımızı daha da gərginləşdirməkdə, düşünmədən, hiss etmədən yaşamaqda davam edirik və belə yaşadıqca bütün dəyərləri və dəyərliləri itirməyə addım-addım yaxınlaşırıq. Gəlin, gənclərimizin səsini duyaq, arzularını bilək, xəyallarına ortaq olaq və övladlaımızla dostlaşaq, qoy onlar ölümün əlindən deyil, bizim qolumuzdan tutsunlar, bizə sığınsınlar, bizdən güc alsınlar.... bunun düsturu çox sadədir... İcazə verin, övladlarınız arzularının arxasınca getsinlər və bu yolda yeganə dostları siz olun!!!

Qeyd: bu yazını yazma səbəbim, Sumqayıtda az bal yığdığına görə intihar edən və daha sonra eyni yerdə övlad sarsıntısına dözməyib intihar edən ananın faciəsindən təsirlənməyimdir... Biz cəmiyyətimizin üzvlərini çox primitiv və sadə səbələrdən itirdik, halbuki, her şey çox yaxşı ola bilərdi...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?