Modern.az

Qənirə Paşayeva QHT və KİV rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva QHT və KİV rəhbərləri ilə görüşüb

Təhsil

22 Sentyabr 2011, 14:58

Bu günlərdə Bursada keçirilən, Türkiyənın hökumət, parlament numayəndələri ilə yanaşı Balkan ölkələrindən, eləcə də dünyanın müxtəlif bölgələrindən gəlmiş türk kökənli nazirlər, millət vəkilləri, bələdiyyə başqanlarının da iştirak etdiyi II Böyük Rumeli-Balkan Festivalında iştirak etmiş millət vəkili, Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Festival çərçivəsində Rumeli Balkan Federasyonu başqanı Süheyl Çobanoğlu, Balkan Rumeli Köçmənləri Konfederasyonunun başqanı Turhan Gencoğlu, Tek Rumeli TV-nin rəhbəriyi ilə, habelə Rumeli və Balkan kökənli ziyalıların qurmuş olduğu bir sıra ictimai təşkilatların başçıları ilə ayrı-ayrılıqda görüşüb.
 
Xanım millət vəkili görüş keçirdiyi şəxslərlə, birgə iştirak etdikləri II Böyük Rumeli-Balkan Festivalı çərçivəsində düzənlənən və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan tədbirlər, görüşlər barədə öz təəssüratlarını bölüşmüş, belə görüşlərin türk insanının bir-birini daha yaxından tanıması, yeni ilişgilərin qurulması və yeni əməkdaşlıq üfüqlərinin açılması baxımından faydalı olduğuna inandığını bildirib.
 
Millət vəkili görüşlərdə həmçinin Ermənistanın Azərbaycan Respublikasının torpaqlarının 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və iğşal edilmiş digər Azərbaycan ərazilərindəki tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə danışmış, ayrıca bu mövzuda Tek Rumeli TV-yə geniş müsahibə verib.
 
Azərbaycanlı millət vəkili ilə görüşdən, onun Böyük Rumeli-Balkan Festivalındakı çıxışından məmnun qaldıqlarını, millət vəkilinin təqdim etdiyi faktlardan dərindən təsirləndiklərini bildirən hər bir görüş iştirakçısı Azərbaycanın haqlı davasında əllərindən gələni bundan sonar da əsirgəməyəcəklərini ifadə edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı