Modern.az

İsrail səfiri ADU-ya getdi

İsrail səfiri ADU-ya getdi

22 Sentyabr 2011, 15:14

Sentyabrın 22-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Lavon Lotemlə görüşüb.

Qonağı salamlayan rektor S. Seyidov səfiri rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin əhəmiyyətindən danışan Səməd Seyidov mədəniyyət, elm və bu kimi digər humanitar sahələrdə əməkdaşlığın bir çox əlaqələrin inkişafına təkan verdiyini deyib. ADU-da bir sıra dil mərkəzlərinin mövcud olduğunu bildirən S.Seyidov  universitetdə İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin də fəaliyyət göstərdiyini vurğulayıb. Rektor mərkəzin  İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında  yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olduğunu qonağın diqqətinə çatdırıb.

Səfir Mixail Lavon Lotem da öz növbəsində ADU-da olduğundan məmnunluğunu dilə gətirib. Səfir ikitərəfli münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın təkan verdiyini önə çəkib.

Görüşdə həmçinin, gələcək əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi də aparılıb.

ADU Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova da iştirak edirdi.

Xatırladaq ki,  ADU-da İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi 2005-ci ildən fəaliyyət göstərir. İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə  yaradılan mərkəz bütün texniki avadanlıq  və vəsaitlərlə təmin olunub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü