Modern.az

Berti Foqts : “Futbolçulara işlərinə görə pul verilməsini istəyirəm, amma bunun qarşısını alanlar çoxdur»

Berti Foqts : “Futbolçulara işlərinə görə pul verilməsini istəyirəm, amma bunun qarşısını alanlar çoxdur»

22 Sentyabr 2011, 15:53

Almaniyalı mütəxəssis Berti Foqts Azərbaycan milli komandasıyla müqavilənin uzadılıb-uzadılmaması məsələsinə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, Almaniyanın «Derwesten» nəşrinə müsahibəsində o deyib ki, AFFA-yla müqaviləsi gələn ilin yanvarında başa çatır. Foqts hələlik müqavilənin uzadılacağını bilmədiyini deyib: «Hələ ki, mənimlə bu haqda danışan olmayıb və deyəsən, danışmaq fikirləri də yoxdur».

Foqts azərbaycanlı futbolçuların beynəlxalq təcrübəsinin azlığından şikayətlənib: «Klublarda hazırlıq səviyyəsi aşağıdır».

Foqts xaricdə çıxış edən azərbaycanlı futbolçuların sayının çox az olduğunu deyib: «Bu, Azərbaycan üçün problemdir. Futbolçular ölkələrində digər vətəndaşlarla müqayisədə yaxşı qazandığından başqa yerə getmək istəmirlər. Mən futbolçulara öz layiqli işlərinə görə pul verilməsini istəyirəm, amma bunun qarşısını alanlar çoxdur».

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı