Modern.az

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Reportaj

29 İyul 2018, 13:36

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

 

Bu şəkil 1982-ci il iyul ayının sonları, avqust ayının əvvələrində həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi olmuş Heydər Əliyevin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfəri zamanı Şuşada çəkilib.

Heydər Əliyevin böyük ehtiramla görüşdüyü bu ağsaqqal şuşalıların yaxşı tanıdığı Dağ İsmayıldır (İsmayıl Alışov).

 

İsmayıl kişinin Heydər Əliyevlə birinci görüşü 1982-ci ildə Molla Pənah Vaqifin məqbərəsinin açılışı ərəfəsində olub. Heydər Əliyevin rayon sakinləri ilə görüşü zamanı Dağ İsmayıl ona yaxınlaşaraq evinə qonaq dəvət edib:

 

- Yoldaş Əliyev, bunlar sizə (Heydər Əliyevin yanında duran Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katibi Boris Gevorkovu və vilayətin digər erməni rəhbərlərini göstərib) yaxşı yemək verməyəcəklər, qazanımız ocağın üstündədir, gedək qonağımız olun.

Heydər Əliyev ağsaqqalın təklifini “maraqla” qarşılayıb, Dağ İsmayılla ayaqüstü bir neçə dəqiqə söhbət edib və təşəkkürünü bildirib.

Həmin ilin iyul ayında Şuşaya yenidən səfər edən Heydər Əliyev rayon sakinləri ilə görüşəndə Dağ İsmayılı xəbər alır. Səhhətində problem olan İsmayıl kişi növbəti dəfə Heydər Əliyevlə görüşür.

Heydər Əliyev İsmayıl kişi ilə mehriban görüşərək hal-əhval tutur, problemləri ilə maraqlanır, bir xahişinin olub-olmadığını soruşur. Dağ ismayıl minnətdarlığını bildirirərək xahişini deyir:

 

- Yoldaş Əliyev, hər şey qaydasındadır, heç bir problemimiz yoxdur, sizdən yalnız bir xahişim var. O göydəki kişiyə deyin ki, Əzrayılı dalımca bir az gec göndərsin...

 

Heydər Əliyev Dağ İsmayılın xahişindən təbəssümlə imtina edir:

 

- İsmayıl kişi, mən o kişinin işinə qarışa bilmərəm...

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı