Modern.az

Azərbaycanlı deputatlar Abdulla Güllə görüşəcəklər

Azərbaycanlı deputatlar Abdulla Güllə görüşəcəklər

Parlament

22 Sentyabr 2011, 16:06

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun Türkiyə Respublikasına rəsmi səfəri 22 sentyabr tarixində davam edib.

Səfər çərçivəsində Oqtay Əsədov və başçılıq etdiyi nümayəndə heyəti Ankaranın Yenimahalle səmtində görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan parkı ziyarət edib, abidənin önünə əklil qoyub, onun əziz xatirəsini yad edib.

Daha sonra Yenimahallede yerləşən Heydər Əliyevin adını daşıyan orta məktəb ziyarət edilib, Oqtay Əsədov sözügedən məktəbə müxtəlif cür texniki tədris avadanlıqları hədiyyə edib. Ardından Heydər Əliyev Məktəbinin şagirdləri heyət üçün kiçik bir səhnəcik və musiqi kompozisiyası nümayiş etdiriblər.

Azərbaycanın Ankaradakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Oqtay Əsədov və başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin tarixi birinci binası ilə tanış olub.

Daha sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov diplomatik korpusda Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə nahar yeməyi verib.

Bu gün İstanbulda yerli vaxtla saat 16-30-da Türkiyə Respublikasının Prezidenti Abdulla Gülün Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü gözlənilir.    

Modern.az        

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?