Modern.az

Qarabağ qazilərinin layihəsi başa çatdı

Qarabağ qazilərinin layihəsi başa çatdı

22 Sentyabr 2011, 16:50

Azərbaycan Respublikası QHT-lər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ qaziləri” İctimai Birliyi (QQİB) tərəfindən həyata keçirilən “Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə və onların ailə üzvlərinə komüter kursunun təşkili” layihəsi uğurla başa çatıb. Bu barədə sözü gedən layihənin rəhbəri, “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə 4 ay davam edən layihədə nəzərdə tutulan bütün işlər uğurla başa çatdırılıb.

Layihənin məqsəd və vəzifələrindən danışarkən F.Məmmədov bunları bildirib: “Bizim həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri üçün kompüter kursunun tədrisini həyata keçiridik. Bununla bağlı əvvəlcə kompüter kurslarına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 15 nəfərin  müəyyənləşdirdik. Onlar üçün peşəkar kompüter müəllimi tərəfindən  kompüter kursunun təşkilini reallaşdırdıq. Kursları uğurla başa vuran 15 nəfərə QHT-lər Dövlət Dəstəyi Şurasının və “Qarabağ qaziləri” İctimai Birliyinin təsdiq etdiyi sertifikatlar təqdim olundu”.

F.Məmmədov layihə çərçivəsində “Qarabağ qaziləri üçün kompüter bələdçisi” adlı kitabın da çap olunduğunu bildirib. O, belə layihələrin reallaşmasının Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin gələcəkdə işlə təmin olunmaları üçün çox vacib olduğunu deyib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir