Modern.az

İlham Əliyev Həmid Kərzaiyə başsağlığı verib

İlham Əliyev Həmid Kərzaiyə başsağlığı verib

22 Sentyabr 2011, 17:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə başsağlığı verib.
Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, İlham Əliyev Əfqanıstanın Ali Sülh Şurasının Sədri, keçmiş prezident, görkəmli dövlət xadimi Burhanuddin Rəbbaninin terror aktı nəticəsində həlak olması xəbərindən olduqca kədərləndirdiyini qeyd edib.

“Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir