Modern.az

Ermənistanda "Metsamor" AES-in 158 işçisi istefa ərizəsi yazıb

Ermənistanda "Metsamor" AES-in 158 işçisi istefa ərizəsi yazıb

Təhsil

22 Sentyabr 2011, 18:05

Ermənistanda "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti təhlükə altına düşüb. Bu haqda Ermənistanın "Haykakan Jamanak" qəzeti yazıb. Məlumatda deyilir ki, hazırda təmirdə olan stansiyanın 158 əməkdaşı işdən çıxmaq haqda ərizə yazıb. Həmin işçilərin əksəriyyəti elə vəzifələr tutur ki, onlar olmadan Atom Elektrik Stansiyasının fəaliyyətini bərpa etmək mümkün deyil. İstefaya səbəb isə əməkhaqqının azlığıdır. 
Məlumata görə, narazı olan işçilər hələ 1 ay əvvəl prezident Serj Sərkisyan, energetika naziri Armen Movsisyan və “Metsamor”un rəhbərliyinə müraciət ediblər. İşçilər aldıqları məvazacibin onların ailələrini saxlamasına kifayət etmədiyini bildiriblər. Onlar qeyd ediblər ki, aldıqları 120-150 min dram maaş ailələrinin tələbatını ödəmir.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır