Modern.az

Qüdrət Həsənquliyevlə Pənah Hüseynin məhkəməsi təxirə düşdü

Qüdrət Həsənquliyevlə Pənah Hüseynin məhkəməsi təxirə düşdü

22 Sentyabr 2011, 18:47

Bu gün Yasamal rayon Məhkəməsində keçmiş deputat Pənah Hüseynin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri , millət vəkili Qüdrət Həsənquliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlamalıydı. Lakin məhkəmə prosesi təxirə düşüb. Bu barədə Modern.az-a BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Ordunxanlı məlumat verib.
“Bildiyiniz kimi Pənah Hüseyn BAXCP lideri Qüdrət Həsənquliyevlə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib. Bu prosesdə Qüdrət bəyin etbarnaməsi ilə onu mən və hüqüqşünas Telman İbrahimov təmsil edəcək. Həmçinin də qarşılıqlı iddia ilə Qüdrət bəy də Pənah Hüseynə qarşı iddia qaldırıb.  Hakim Abbas Rzayev prosesi bu gün saat 12:30-a təyin etmişdi. Hər ikimiz təyin olunan vaxt məhkəmədə idik. Pənah Hüseyn də gəlmişdi. Lakin hakimin köməkçisin prosesi oktyabrın 6-sı saat 11: 45-ə təyin edildiyini bildirdi. Məkəmə həmin vaxtda keçiriləcək”.

Xatırladaq ki, Qüdrət Həsənquliyevi Yasamal Rayon Məhkəməsinə verən Pənah Hüseyn onun 1 manat təzminat ödəməsini istəyib. Pənah Hüseynin iddiasına görə, Qüdrət Həsənquliyev mətbuata verdiyi müsahibədə onu Xalq Cəbhəsinin pullarını götürüb qaçmaqda günahlandırıb. O, iddia ərizəsində Qüdrət Həsənquliyevin dediklərinin məhkəmə qaydasında araşdırılmasını və qiymətləndirilməsini tələb edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatu Qüdrət Həsənquliyev da İctimai Palatanın üzvü Pənah Hüseyni məhkəməyə verib. Qüdrət Həsənquliyev iddia ərizəsində “Yeni Müsavat” qəzetində Pənah Hüseynin onun ünvanına təhqir və böhtan xarakterli ifadələr səsləndirdiyini bildirərək üzr istəməsini tələb edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi