Modern.az

Türkiyədə Ramil Səfərovla bağlı piket keçiriləcək

Türkiyədə Ramil Səfərovla bağlı piket keçiriləcək

Təhsil

22 Sentyabr 2011, 19:21

Sabah Ankarada Macarıstanın Türkiyədəki səfirliyi qarşısında azərbaycanlı zabit Ramil Səfərovun azad edilməsi tələbilə piket keçiriləcək. Bu barədə Modern.az saytına piketin təşkilatçılarından olan Zaur Bayramlı məlumat verib. O, qeyd edib ki, Ramil Səfərovun işinə ədalətli şəkildə yenidən baxılmasını  tələb edəcəklər:

“O erməni Azərbaycanın bayrağını təhqir edib. Türk millətinə həqarət edib. Hesab edirik ki, o özü Ramil Səfərovu belə addıma təhrik edib. Macarıstan məhkəməsi bunu nəzərə almalıdır”.

Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda erməni zabitini qətlə yetirən milli ordumuzun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası üçün Türkiyədə imza kampaniyası da aparılır. İmza kampaniyasını İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) aparır. Bu məqsədlə ASİMDER Türkiyənin bütün şəhərlərində imza kampaniyası keçirməyi, bu məsələni hər zaman mətbuatın gündəmində saxlamağı planlaşdırır.

Modern.az   

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!