Modern.az

Türkiyə prezidenti azərbaycanlı deputatları qəbul edib (FOTOLAR)

Türkiyə prezidenti azərbaycanlı deputatları qəbul edib (FOTOLAR)

22 Sentyabr 2011, 22:07

Sentyabrın 22-də Türkiyə Prezidenti Abdulla Gül Türkiyəyə rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyətini İstanbuldakı  “Tarabya köşkü”ndə qəbul edib.

Azərbaycanın Ankaradakı səfirliyindən Modern.az-a bildirilib ki, görüşdə Azərbaycan Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyi və Türkiyənin Azərbaycana olan dəstəyi müzakirə edilib. Bundan başqa tərəflər Türkiyə və Azərbaycan arasında hər sahədə əlaqələrin inkişafının zəruriliyini, iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini, hər iki ölkənin millət vəkillərinin ikitərəfli əlaqələrdə rolunun daha da artırılmasını və ikitərəfli əlaqələrdə xalq diplomatiyasının əhəmiyyətini vurğulayıblar.




Modern.az   

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər