Modern.az

Ərdoğan BMT-də "od püskürdü", Dağlıq Qarabağla bağlı tələb qoydu

Ərdoğan BMT-də "od püskürdü", Dağlıq Qarabağla bağlı tələb qoydu

Təhsil

23 Sentyabr 2011, 08:53

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edərkən İsrail-ərəb, Şimali Kipr, Somali, Dağlıq Qarabağ problemləri barədə danışıb.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ərdoğan birləşmiş yeni Kiprin Avropa Birliyi içindəki yerini almasını hədəflədiklərini vurğulayaraq deyib ki, Türkiyə bir an belə adada yaşayan türk kəsiminə dəstəyi zəiflətməyəcək:
“Yunan tərəfinin içində olduğumuz kritik mərhələdə adanın tək rəhbərliyiymiş və ya Kipr türkləri adına da qərar vermə səlahiyyəti varmış kimi hərəkət etməsini qəbul edə bilmərik''.

Baş nazir diqqətləri Fələstin ərəblərinin pobleminə yönəldərək “BMT Fələstin xalqının yaşadığı dözülməz insanlıq dramının sona çatmasını təmin edəcək heç bir addımı təyin etməyəcək qədər aciz qalmaqdadır'' deyib. Ərdoğan tənqidlərini İsrail hökumətinin üzərinə yönəldib.

”Bu ölkəni idarə edənlər barış üçün lazımlı addımı atmaq yerinə, hər keçən gün barışın önünə bir maneə çıxartmaqdadır. İşğal altındakı Fələstin torpaqlarıdır, İsrail torpaqları deyil. Nisbətsiz güc istifadə edən İsraildir, amma sanksiya tətbiq olunmayan yenə İsraildir''.

Baş nazir Ərdoğan "bir sandıq pomidoru Fələstinə aparmaq istəsəniz, İsrailin icazəsinə tabesiniz. Mən, bunu insani olaraq görmürəm'' deyə vurğulayıb. Ərdoğan İsrailə hüququn üstündə olmadığını açıq bir şəkildə göstərmək lazım gəldiqini diqqətlərə çatdırıb.

''Açıq söyləyirəm: Somalinin fəryadını eşitməyən dünyada kimsə barışdan, ədalətdən, mədəniyyətdən söz edə bilməz'' deyə baş nazir Somali müsəlmanlarının aclıqdan ölməsi məsələsini də BMT-də qaldırıb.
”Bir loxma çörək və bir damla su ehtiyacı ödənilmədiyi üçün on minlərlə uşağın öldüyü Somali məsələsi ötürüləcək bir mövzu deyil və beynəlxalq cəmiyyət üçün üzqarasıdır. 20 ildir yaşanan vətəndaş müharibəsi Somalinin bütün həyat qaynaqlarını qurudub. Somali xalqı dünyanın gözü qarşısında addım-addım ölümə süründürülür. Bu gün beynəlxalq cəmiyyət, orada yaşanan ağrını sanki bir film kimi laqeydliklə seyr edir”.

Türkiyə baş naziri çıxışında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına da toxunub. Türkiyənin hökumət başçısı haqsız işğala son qoyulmasının vacibliyini vurğulayıb.

“Dağlıq Qarabağ probleminin bu şəkildə həll olunmamış qalması əsla qəbul edilə bilməz. Beynəlxalq problemlər qanqrena halına gəlmədən həll yolunun tapılması hamımızın siyasi və əxlaqi məsuliyyətimizdir”.
Türkiyənin baş naziri bəyan edib ki, Azərbaycan torpaqlarının işğalı probelmi tez bir zamanda həll olunmalı, Dağlıq Qarabağla bağlı vəziyyətə aydınlıq gətirilməlidir.

“Azərbaycan torpaqlarının illərdir davam edən haqqsız işğalına son qoyulmalıdır”-deyə Ərdoğan vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü