Modern.az

Bakıda “Caspian Plaza”da yanğın oldu

Bakıda “Caspian Plaza”da yanğın oldu

Aktual

31 İyul 2018, 11:48

Bakıda biznes mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "Caspian Plaza" biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub.

Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat