Modern.az

Saakaşvili ABŞ-da Rusiyanı ittiham etdi

Saakaşvili ABŞ-da Rusiyanı ittiham etdi

23 Sentyabr 2011, 09:11

Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın siyasətini tənqid edib.

Modern.azın məlumatına görə o, Moskvanı öz qonşularına qarşı enerji şantajında və terror aktlarının təşkilində günahlandırıb.
Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın siyasətini tənqid edib.Modern.azın məlumatına görə o, Moskvanı öz qonşularına qarşı enerji şantajında və terror aktlarının təşkilində günahlandırıb.
Gürcüstan rəhbərinin sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal etməklə bərabər, birbaşa dialoq əvəzinə müxtəlif beynəlxalq oyunçular tərəfindən törədilən terror aktlarını, hücumları birbaşa təşkil edir. “Soyuq müharibə bitib. Lakin embarqo, şantaj və qəddar diktatdan Ukraynda, Moldova və Belarusa qarşı istifadə edilir”.
Saakaşvili Yaxın Şərqdə xalq üsyanları nəticəsində hakimiyyətə gələn yeni rejimlərə “qızılgül inqilabı”nın təcrübəsindən yararlanmağı tövsiyyə edib. O, xəbərdarlıq edib ki, tezliklə Tunis, Misir və Liviyadakı yeni hakimiyyətlərin qarşısına yeni prroblemlər çıxacaq. “Bu ölkələrdəki iniqabların uğuru lazımi islahatların nə qədər tez başlayacağından asılı olacaq”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı