Modern.az

Heydər Camalın oğlu və daha 2 jurnalist Afrikada öldürüldü

Heydər Camalın oğlu və daha 2 jurnalist Afrikada öldürüldü

Aktual

31 İyul 2018, 20:39

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist qətlə yetirilib.

Modern.az saytı "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, BMT-nin bu ölkədə sülhyaratma missiyası (MINUSCA) Sibuta şəhərindən 33 km şimalda bir avtomobilin içərisində çoxsaylı güllə yarası ilə 3 kişi cəsədi aşkarlayıb.

Bir sıra Rusiya və dünya KİV-lərinin bildirdiyinə görə, qətlə yetirilənlər sənədli film çəkmək məqsədilə Mərkəzi Afrika Respublikasına getmiş rejissor Aleksandr Rastorquev, operator Kirill Radçenko və Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camaldır.

Qətlin motivləri hələ dəqiq məlum deyil.

Qeyd edək ki, Orxan Camal Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı, mərhum filosof Heydər Camalın oğludur. H.Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib və Almatıda dəfn olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı