Arxiv
31 İyul 2018, 20:46 | PARLAMENT
"Biz onunla məhkəmədə görüşəcəyik" - Elmira Axundova

Artıq bir neçə gündür bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasındakı telefon söhbətinin audioyazısı yayılıb.

Modern.az-ın APA TV-yə istinadən məlumatına görə, telefon danışığından anlaşılır ki, söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.

 

Elmira Axundova bir neçə dəfə həmin məbləği qaytaracağını vəd edir. Deputat söz verir ki, oğlu ilə birlikdə adı hallandırılan qalmaqallı borc məsələsinin həllinə çalışır.

 

 Deputat Elmira Axundova problemin məhkəmə müstəvisində ədalətli həll ediləcəyinə inandığını deyir: "Hamı bilsin ki, Fərman Məmmədovla Binəqədi rayon məhkəməsində iki ildən çoxdur ki, bizim məhkəməmiz gedir. Və həmin o audio və video yazılar mənim tərəfimdən Binəqədi məhkəməsinə təqdim olunub. Mən artıq Binəqədi məhkəməsindən özüm tələb etmişəm ki, məsələ araşdırılsın və sorğu göndərilsin. Mənim o adamla iş birliyim olub, ya yox? Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İbrahimovun da məhkəməsi gedir".

 

Elmira Axundovanın sözlərinə görə, artıq 5 ildir Fərman Məmmədov adlı şəxs özünə yaxın olan mətbuat orqanları vasitəsilə deputatı və onun ailəsini ittiham edir. Deputat hesab edir ki, Fərman Məmmədov bu kimi hərəkətlərlə məhkəməyə təzyiq edir: "Mən və mənim oğlum qanun çərçivəsində mübarizə aparırıq. Mətbuata o vaxt üz tutulmalıdır ki, məhkəmələrdə iddiaları təmin olunmasın. Mətbuatı bu işlərə qatmaq, prokuror əvəzinə çıxarmaq nə dərəcədə məntiqlidir? Mən istərdim ki, hüquq-mühafizə orqanları bu cür qanunsuz hərəkətlərə qarşı cavab versinlər. Bu, mübahisə yox, məhkəmə predmetidir. Artıq biz hamımız məhkəmədə görüşəcəyik. Mən sizi dəvət edirəm məhkəmədə iştirak edib prosesi izləyəsiniz. Çünki Fərman Məmmədov məhkəmə prosesinə müxalifət mətbuatı ilə gəlir. Siz də gəlib qulaq asa bilərsiniz. Mən yenə də deyirəm ki, bunlar qanunsuz hərəkətlərdir. Mən istəyirəm ki, bunu siz də biləsiniz".

 

Elmira Axundova məhkəmə hökmü olmadan kiminsə günahlandırılmasını istəmədiyini deyib.

 

Xatırladaq ki, Fərman Məmmədov deputat Elmira Axundovanın oğlu Həbib Axundova və onun yaxın dostu Elnur İbrahimova 575 min manat pul verdiyini, Elmira Axundovanın şəxsən bu pulun 250 min manatını evində ona geri qaytardığını, qalan pulu isə vermədiklərini bildirir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Həbib Axundov isə məhkəmədə zərərçəkən qismindədir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan nefti ucuzlaşdı 20 İyun 2019, 23:37 Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34 Hacıqabulda “Əmi” ləqəbli narkotacir saxlanıldı 20 İyun 2019, 16:20