Arxiv
1 Avqust 2018, 10:56 | PARLAMENT
Deputat maaş və pensiyaların artırılmasını TƏKLİF ETDİ  

“Əhalinin aztəmnatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli metro və avtobuslarda gediş haqqının artırılması fonunda maaş artımı gözləntilərinə münasibət bildirərkən deyib.


“Aztəminatlı ailələr əziyyət çəkəcək”


Deputat qeyd edib ki, sonuncu maaş artımı yetərli deyil:

“Ötən il inflasiyanın 13 faiz, ərzaq məhsullarının qiymətlərinin isə 15 faiz (əslində daha çox) artması müqabilində bu ilin martından əmək haqları 10 faiz artırıldı. Beləliklə maaşları artırılan vətəndaşların əksəriyyətinin əmək haqqına 20-30-40 manat əlavə oldu və bu məbləğ çox az olduğundan əhalinin inflyasiya nəticəsində məruz qaldıqları itkilərini belə ödəmir.

Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və sair yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək”.

 

“Digər sahələrdə də qiymət artımı qaçılmaz olacaq”

 

Deputat bildirib ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq:


“O ki, qaldı tarifləri qaldıran zaman verilən əsaslandırmalarda Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olmasına, belə müqayisələr birtərəfli xarakter daşıyır deyə, real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta əmək haqqları da Azərbaycandakından yüksəkdir.

Digər tərəfdən isə Azərbaycan neftinin dünya bazarında qiymətinin 2018-ci ilin büdcə proqnozlarında göstərildiyindən 40 faiz baha olduğu bir vaxtda Tarif Şurasının qiyməti qaldıran zaman gətirdiyi arqumentlər əhəmiyyətsiz bir şeyə çevrilir”.

 

“Pensiya, maaş, tələbə təqaüdü artırılmalıdır”

Parlamentarinin sözlərinə görə, tariflərin artmasının aztminatlı təbəqənin güzəranına mənfi təsirini aradan qaldırmaqdan ötrü əlavə tədbirlərə ehtiyac var:

“Biz 2018-ci ilin büdcəsinə yenidən baxılarkən irəli sürdüyüdümüz təklifi bir də səsləndiririk. 2018-ci il- ölkəmiz üçün əlamətdar ildir, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilidir. Bir də belə bütöv yubiley 100 ildən sonra olacaq. Digər cəhətləri ilə yanaşı, həm də mənəvi bir yük daşıyan yubiley ilində hökumətin atdığı addımların heç biri əhalinin güzarının pisləşməsinə yönəldilməməlidir. Ona görə də heç olmasa AXC yubiley ilində əhalinin güzaranının pisləşməsinin qarşısını alan addımlar atılmalı və tariflər qaldırılırsa, mütləq əmək haqqları da, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin maaşları, pensiya, müavinət, tələbə təqaüdü və sair də artırılmalııdır”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Erməni zindanında səkkiz gün”ün təqdimatı oldu 20 İyun 2019, 23:53 Azərbaycan nefti ucuzlaşdı 20 İyun 2019, 23:37 Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34