Arxiv
2 Avqust 2018, 15:52 | PARLAMENT
Hadi Rəcəbliyə qarşı TƏXRİBAT: “Bu qədər şərəfsizlik, vicdansızlıq olmaz axı!”  

Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib.

Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib.


Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib:
 

“Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq. 70 qəpik də olsa, xalq əziyyət çəkməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayətlənənlər ölkəni parçalamaq istəyənlərdir”.

Sosial şəbəkələrdə yayılan bu açıalama Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini hiddətləndirib. Deputat Modern.az-a açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb:

“Facebook-dakı hansısa səhifələrdə mənim adımdan yazıb yerləşdiriblər ki, guya, Tarif Şurasının qərarına münasibət bildirmişəm. Halbuki, o yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Dilimdən çıxmayan sözləri mənim adımdan insanların müzakirəsinə veriblər. Bu qədər şərəsfsiz, vicdansız hərəkət etmək olmaz. Hadi Rəcəbli heç vaxt bu fikirləri səsləndirməyib. Yalanın da bir əndazəsi olar. Mən heç kimə belə bir müsahibə verməmişəm”.

Deputat bildirib ki, Tarif Şurası hansısa deputatın fikirlərinə əsasən qərar çıxartmır.

“Mənim Tarif Şurası ilə nə işim var? Məgər Tarif Şurası deputatın sözü ilə qərar çıxarır?! Məntiqsizdir axı! Bu, bilərəkdən mənə qarşı qurulan oyundur. Rəy yerində ünvanıma söyüşlər yağdırırlar. Bunların hamısını özlərinə qaytarıram. Axı bu qədər Allahsızlıq olmaz. Əgər Allah, Quran  tanıyırlarsa, belə sözlər deməmişəm. Mən prezidentimə, xalqıma xidmət edirəm”.
 

Komitə sədri həmişə xalqın yanında olduğunu da vurğulayıb.

“Biz həmişə xalqın mənafeyini müdafiə edən qanunlar hazırlayırıq. “Məşğulluq haqqında qanun” layihəsini mən hazırlamışam ki, çoxlu iş yerləri yaradılsın. İndi demədiyim fikirləri mənim adımdan hansı əsaslarla yayırlar? Hadi Rəcəblinin də təmsil olunduğu Sosial siyasət komitəsinin bir mövqeyi var: o da xalqın mənafeyini yaxşılaşdırmaqdır. Təbii, bu, ilk növbədə prezidentin də istəyidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Erməni zindanında səkkiz gün”ün təqdimatı oldu 20 İyun 2019, 23:53 Azərbaycan nefti ucuzlaşdı 20 İyun 2019, 23:37 Gənc qız yol qəzasının qurbanı oldu 20 İyun 2019, 23:22 Bakıda şadlıq sarayı yandı 20 İyun 2019, 23:09 Polisdən aksiyaçılara son xəbərdarlıq 20 İyun 2019, 22:47 Bakıda qayın yeznəsini qətlə yetirib 20 İyun 2019, 22:30 Konstitusiya Məhkəməsi kreditlərlə bağlı qərar verdi 20 İyun 2019, 22:16 İrakli Kobaxidze istefa vermək istəmir 20 İyun 2019, 22:06 Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara baş çəkdi - FOTO 20 İyun 2019, 21:52 “Sabitliyin mənbəyi Azərbaycan xalqıdır” - İlham Əliyev 20 İyun 2019, 21:38 Plastik paketlər üçün vergi tətbiq olunur 20 İyun 2019, 21:22 Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı 20 İyun 2019, 21:08 Heydər Əliyev Fondundan  aktyorun  müalicəsinə dəstək 20 İyun 2019, 20:59 Vaşinqtonda Qarabağ müzakirəsi: Həmsədrlərlə nazirlər toplandı 20 İyun 2019, 20:40 Rusiyalı deputatlar Gürcüstandan qovuldu: Spikerin istefası tələb olunur 20 İyun 2019, 20:29 Mədəndə 2 işçi qazdan boğuldu 20 İyun 2019, 20:15 Bakıda hakimi hədələyən qadına cinayət işi açıldı 20 İyun 2019, 20:03 İcra başçısı Qaramusalı kəndində görüş keçirdi 20 İyun 2019, 19:51 Heydər Əliyev prospektində QƏZA: Sıxlıq yarandı 20 İyun 2019, 19:46 Prezidentdən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə bağlı FƏRMAN 20 İyun 2019, 19:26 Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub   20 İyun 2019, 19:15 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edildi   20 İyun 2019, 17:54 Əli Nağıyev DTX rəisi oldu 20 İyun 2019, 17:54 “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edildi 20 İyun 2019, 17:51 Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu - Tərcümeyi-hal 20 İyun 2019, 17:48 Prezident Ramil Usubovu vəzifəsindən azad etdi 20 İyun 2019, 17:48 Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edildi 20 İyun 2019, 17:47 Bakı-Batumi birbaşa avtobus reysləri açılır 20 İyun 2019, 17:37 “Nar”dan Azərbaycanın rəqəmsal inkişafına TÖHFƏ   20 İyun 2019, 17:34 Oqtay Əsədov gürcü spikerlə nələrdən danışdı... 20 İyun 2019, 17:29 Manat və dolların MƏZƏNNƏSİ dəyişir? 20 İyun 2019, 17:18 Dövlət büdcəsində kəsir 222.774.848 manat göstərilib - Gəlirlər və XƏRCLƏR 20 İyun 2019, 17:01 Putin Zelenski haqda: “Bu komediya deyil, faciədir” 20 İyun 2019, 16:39 Polis 600 kiloqram narkotik maddəni dövriyyədən çıxardı 20 İyun 2019, 16:34 Qarabağ Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi 20 İyun 2019, 16:34