Modern.az

Yazıçılar Birliyi bəyanat verdi - “Elmira Axundovaya qarşı kampaniyaya son qoyulsun!”

Yazıçılar Birliyi bəyanat verdi - “Elmira Axundovaya qarşı kampaniyaya son qoyulsun!”

3 Avqust 2018, 16:23

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası bəyanat verib. Modern.az saytının xəbərinə görə, Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadənin imzaladığı bəyanatda Xalq yazıçısı, deputat Elmira Axundova ilə bağlıdır. Bəyanatda deyilir:


“Xalq yazıçısı, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının da üzvüdür. Son zamanlar bəzi mətbuat səhifələrində və saytlarda yazıçı-deputata qarşı yönəlmiş qaralama kampaniyasına öz münasibətmizi bildirməliyik. İstedadlı publisist Elmira Axundova həmişə dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın təbliğinə, mənəvi dəyərlərimizin qorunmasına xidmət edib. Onun fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev: “Elmira Axundova çox dəyərli bir insandır” - demişdi.


Ulu öndərə minnətdarlığını və sədaqətini Elmira Axundova Heydər Əliyevə həsr olunmuş çoxcildliklərində ifadə etmişdir və bu kitablar bir çox xarici ölkədə də nəşr edilmişdir. Görünür müəyyən qüvvələr bütün bunları Elmira xanıma bağışlaya bilmir və onu hər cür ləkələməyə çalışırlar. Mediada yer alan faktlarda həqiqət varsa mətbuata yox, məhkəmə-istintaq orqanlarına müraciət edilməliydi. Məhz ancaq  müəyyən  media vasitələrindən istifadə olunması  belə faktların həqiqətə uyğun olmamasına dəlalət edir. Şübhəli və qanunsuz yollarla əldə edilmiş, montaj olunmuş kompramatlardan istifadə edilərək  ictimaiyyətə süni sensasiya  təqdim olunur. Elmira xanıma yönəldilən ittihamlara hüquq daxilində qiymət verilməlidir. Məhkəmənin qərarı olmadan nüfuzlu ziyalıya, deputat-yazıçıya qarşı belə  qaralama, ləkələməli kompaniyası fikrimizcə yol verilməzdir.

Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurası həmkarımız, Xalq yazıçsı, Şuramızın üzvü Elmira Axundovaya qarşı bu çirkin kampaniyaya son qoyulmasını tələb edir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?